Kriştiano Ronaldo şok qərar verib. SİA-nın məlumatına görə, "Real"ın portuqaliyalı ulduzu bu il qazandığı "Ballon d'Or" mükafatını geri qaytarmaq istəyir.
İddialara görə, "Barselona"ya 0:3 hesabı ilə yenildikləri oyundan sonra paltardəyişə otağına girən Ronaldo komanda yoldaşlarına "Bu mükafatı haqq etmirəm və geri qaytaracam" deyib.
Futbolçu daha sonra "France Football" nəşrinin rəhbərinə zəng edərək qərarını ona da bildirib: "Tarixin ən yaxşısı olduğumu söylədim, amma dünya şahid oldu ki, ən yaxşı Messidir. Mükafatı geri qaytarmaq istəyirəm".
Bildirilir ki, "France Football"un rəhbəri Ronaldonun bu sözlərinə "Həyatımda belə şey görmədim" deyərək reaksiya verib. Komanda yoldaşları, ailəsi və yaxın dostu Badr Hari onu bu qərarından döndərə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB