David Vilya "Real"a keçə bilər

"Nyu-York Siti"nin hücumçusu David Vilya İspaniyaya qayıdacaq. SİA-nın məlumatına görə, 36 yaşlı futbolçu "Real"a keçə bilər. ABŞ-da yaranmış fasilə ərəfəsində Madrid klubu Vilyanı icarəyə götürmək istəyir.

Qeyd edək ki, İspaniya millisinin üzvü "Sportinq Xixon", "Saraqosa", "Valensiya" və "Barselona" kimi klublarda top qovub. O, 2014-cü ildən MLS-də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə