Aliyə Qarayeva Çexiyada üçqat Qran-pri mükafatçısı olub

Aliyə Qarayeva Çexiyada üçqat Qran-pri mükafatçısı olub

Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-pri yarışlarının növbəti mərhələsi başa çatıb. SİA-nın Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi xəbərə görə, ayrı-ayrı finallarda Azərbaycan gimnastları Aliyə Qarayeva və Anna Qurbanova çıxış ediblər.

İp, halqa və lentlə hərəkətlərdə bürünc medallar qazanmış Aliyə Qarayeva top ilə hərəkətlərdə dördüncü yeri tutub.

Anna Qurbanova isə ən yaxşı nəticəsini halqa ilə hərəkətlərdə göstərib. İp və lent ilə hərəkətlərdə 6-cı yeri tutan Anna top ilə hərəkətlərdə 7-ci yerlə kifayətlənməli olub.

Dörd finalın üçündə Rusiya nümayəndəsi Yevgeniya Kanayeva, daha bir finalda isə onun həmvətəni Darya Dmitriyeva qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə