"ASAN Məktub” layihəsinə dəstək verən "Neftçi” PFK-nın təşkilatçılığı ilə "Bakcell Arena”da tədbir keçirilib. SİA-nın məlumatına görə, yeni il ərəfəsində baş tutan tədbirdə sosialyönlü fəaliyyətə xüsusi əhəmiyyət verən "Neftçi” PFK "ASAN Məktub” layihəsi çərçivəsində 12 nəfər uşağın arzusunu gerçəkləşdirib.
Əvvəlcə "Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olan uşaqlar komandanın üzvləri ilə yaşıl meydana çıxıblar. Sonra tədbirin rəsmi hissəsi keçirilib. Burada "Neftçi” PFK-nın vitse-prezidenti Elnur Eyvazov, "ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanın baş məşqçisi Tərlan Əhmədov çıxış edərək ürək sözlərini bildiriblər.
Ardınca Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də "Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandasının baş məşqçisi İslam Kərimov, "Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara hədiyyələri təqdim ediblər.
Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB