Formula 1 yarışlarında son 3 mövsümdə problem yaşayan “McLaren” komandası motor tədarükçüsü “Honda” ilə yollarını ayırdı. Bunun ardından komandanın keçmiş motor tədarükçüsü “Mercedes”lə yenidən əməkdaşlığa başlayacağı haqda xəbərlər yayıldı. Bu haqda iddiaların hər gün artdığı məqamda “McLaren”in “Renault”la anlaşdığı məlum oldu.
SİA-nın məlumatına görə, hazırda ən yaxşı motora sahib olan, dünya çempionatının qalibi “Mercedes” komandasının rəhbəri Toto Volff isə sözgüdən məsələ ilə bağlı “McLaren”lə görüşdüklərini bildirib. O, komandanın motor tədarükçüsü olmaq üçün yetərli vaxtları oldmağını vurğulayıb: “Biz “McLaren”lə əməkdaşlıq etmək istəyirdik, ancaq müzakirələrin çox uzun çəkməsi buna əngəl oldu. Lazımi nəticəyə gələ bilmirdik. Ona görə vaxt çox az qaldı”.
T.Volff “Red Bull” komandası haqqında da fikirlərini bildirib: “Red Bull” təmsilçiləri belə danışdıqca motor tədarükçüsü tapa bilməcəklər. Bu komanda motor tədarükçüsü ilə yaxşı davranmır. Onlar əməkdaşlıq etdikləri şirkətə qarşı münasibətlərini dəyişməlidirlər. “Red Bull” hazırki motor tədarükçüsünə zərər verdiyi üçün belə çətinliklə üzləşib. Hörmət, “Mercedes”də sahib olduğumuz dəyərlərin önəmli hissəsidir. Biz ortaqlarımızı da bunu nəzərə alaraq seçmişik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB