“Zirə” futbol klubunda ayrılıq baş verib. SİA-nın məlumatına görə, "qartallar" rumıniyalı futbolçusu Qabriel Mateylə yollarını ayırıblar. O, Polşanın “Bruk-Bet Termalits” klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə məlumatı Polşa mətbuatı yayıb.
Qeyd edək ki, Matey “Zirə”yə 2017-ci ilin yay transfer pəncərəsində "Qurnik" klubundan transfer olunmuşdu. Son 1 ayda zədəli olan 27 yaşlı müdafiəçi "Zirə"nin heyətində Premyer Liqada 10 oyun (795 dəqiqə) keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB