Gələn il Azərbaycanda keçiriləcək mötəbər idman tədbirləri - SİYAHI

Gələn il Azərbaycanda keçiriləcək mötəbər idman tədbirləri - SİYAHI

2018-ci ildə Azərbaycanda keçiriləcək mötəbər idman tədbirlərinin və yarışların siyahısı açıqlanıb. Bu haqda SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, gələn il də ölkəmizdə dünyanın ən önəmli idman tədbirləri və yarışları baş tutacaq. 2018-ci ilin əvvəlində Azərbaycanda İntellektual oyunlar üzrə VII “Xəzər kuboku” turniri, Prezident Kuboku uğrunda “Breyn Ring” İntellektual TV layihəsi, tennis üzrə Avropa turniri (12-25 fevral), idman gimnastikası və bədii gimnastika üzrə Dünya Kuboku (15-18 mart) yarışları təşkil ediləcək.

Bundan başqa, gələn il ölkəmizdə 5-10 apreldə Türkiyə Universitetlər İttifaqının I idman oyunları, 12-15 apreldə batut, tamblinq və ikili mini batut üzrə üzrə Avropa çempionatı, 17-19 apreldə Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransı, 27-29 apreldə Formula 1 üzrə Azərbaycan Qran Prisi, aprel-may aylarında “Shamkir Chess-2018” beynəlxalq super turniri, 11-12 mayda kapoeyra üzrə dünya çempionatı, 5-9 iyunda velosiped idmanının BMX növü üzrə dünya çempionatı, 16-22 sentyabrda cüdo üzrə dünya çempionatı, 24-28 sentyabrda Xüsusi Olimpiya Gənclərin Qlobal Liderlik Forumu, 14-15 noyabrda Dünya Anti-Dopinq Agentliyinin İcriayyə komitəsi və Fondun İdarə Heyətinin iclası keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə