"Milan" yarımfinalda

Futbol üzrə İtaliya Kubokunda 1/4 finalın oyunları davam edir. SİA-nın məlumatına görə, yarımfinal uğrunda daha bir görüş keçirilib.

Bu dəfə əzəli rəqiblər üz-üzə gəliblər. "Milan" öz meydanında "İnter"i qəbul edib. Gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb. Matça artırılan əlavə vaxtda gənc hücumçu Patrik Kutrone "Milan"a qələbə qazandıran qola imza atıb.

Beləliklə, derbidən qalib ayrılan "rossonyerlər" yarımfinala yüksəlib.

Qeyd edək ki, "Latsio" da yarımfinala vəsiqə qazanıb.

İtaliya kuboku
1/4 final
"Milan" - "İnter" 1:0
Qol:
Patrik Kutrone, 104

Bütün xəbərlər Facebook səhifəmizdə