Azərbaycanın məşhur gimnastı Valeriy Belenkinin rəhbərlik etdiyi təlim-məşq toplanışlarında iştirak edir

Azərbaycanın məşhur gimnastı Valeriy Belenkinin rəhbərlik etdiyi təlim-məşq toplanışlarında iştirak edir

Artıq iki ildir ki, o, "Barselona 92"nin Olimpiya çempionu olan məşhur Azərbaycan gimnastı Şakir Şıxəliyev hazırda alman gimnastlarını yetişdirən Valeriy Belenkinin rəhbərlik etdiyi təlim-məşq toplanışlarında iştirak edir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şakir çoxtəcrübəli məşqçi Anatoliy Yarmovskinin nəzarəti altında ümumi fiziki hazırlıq keçir. O, alətlərlə - at, halqalar və dayaqla tullanma, paralel tirlər, horizontal tir və sərbəst hərəkətlərdə məşqlər edir.

İdmançımız 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanaraq orada iştirak etməyi qarşısına məqsəd qoyub.

Hazırkı Dünya Çempionatına gəlincə isə Şakirin məşqçiləri elə güman edirlər ki, o, çöxnövçülüyün nəticələrinə görə ilk otuz idmançının siyahısına daxil olacaq və dayaqla tullanmada finala vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə