"Milan"da ciddi itki

"Milan"ın heyətində ciddi itki baş verib. SİA-nın məlumatına görə, "rassonerilər"in qapıçısı Canluici Donnarumma zədələnib. Gənc "əlcək sahibi" İtaliya kubokunun 1/4 finalında "İnter"ə qarşı matçda komandasına kömək edə biləyəcək. Onun əvəzinə Milan deribisi üçün heyətə 16 yaşlı qolkiper Matteo Sonçin daxil edilib.

Qeyd edək ki, "Milan" - "İnter" görüşü bu gecə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə