"İtkin düşmüş alpinistlər olduqca təcrübəlidirlər" - FOTOLAR

"İtkin düşmüş alpinistlər olduqca təcrübəlidirlər" - FOTOLAR

Xəbər verdiyimiz kimi, Qubada, Tufandağı istiqamətində yürüşə çıxan üç alpinist itkin düşüb. Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən hərəkətə başlamış “Gilavar” hava və ekstrim idman klubunun ("Gilavar - Air & Extreme Sports Club”) üç üzvü ilə əlaqə kəsilib. SİA-nın məlumatına görə, itkin düşən aplinistlər Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadədir. Onlarla artıq iki gündür əlaqə kəsilib.

"Gilavar - Air & Extreme Sports Club”un sosial şəbəkə hesabında bildirilib ki, itkin düşən alpinistlərlə Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən əlaqə kəsilib.

Artıq Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsi axtarışlara başlayıb.

İdmançıların axtarışına FHN ilə yanaşı, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) üzvlərindən ibarət təcrübəli komanda da qatılıb.

İdman klubdan bildirilib ki, itkin düşmüş alpinistlər olduqca təcrübəlidirlər. Klub üzvləri idmançıların çətinliklərin öhtəsindən gələcək gücdə olduqlarını, onlardan sevindirici xəbər alacaqlarına ümid etdiklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə