Sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komandalarımız təlim-məşq toplanışı məqsədi ilə bu gün Özbəkistan paytaxtına yola düşüblər. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırlığa ilk olaraq 7 idmançı qatılıb. Bunlar Ümid Məmmədov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Kamran Yunusov (74 kq), Novruz Temrezov (84 kq), Toxtar Temrezov (96 kq), Maksim Proxorov və Aslan Cəbişovdur (hər ikisi 120 kq). Pəhləvanlarımıza yığmanın məşqçiləri Aslan Ağayev və Namiq Quliyev nəzarət edəcəklər.
Daşkəndə yunan-Roma güləşi üzrə seçmə komandamız məşqçi Nürəddin Rəcəbovun rəhbərliyi ilə səfər edib. Heyətə Taleh Məmmədov (55 kq), Rövşən Tağıyev (60 kq), Azad Əliyev, Hacımurad Bağmanov (hər ikisi 66 kq), Toğrul Yunuslu (74 kq), Hacımurad Çopsiyev (84 kq), Araz Həsənov (96 kq), Zaur Mehrəliyev və Rodomir Petkoviç (hər ikisi 120 kq) daxildir.
Qeyd edək ki, təlim-məşq toplanışı iki həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB