“Qalatasaray”dan növbəti qələbə

“Qalatasaray”dan növbəti qələbə
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunu keçirilib. SİA-nın məlumatına görə, “Qalatasaray” öz meydanında “Bucaspor”la qarşılaşıb.

Fatih Terimin gəlişindən sonra ardıcıl ikinci qələbəsini qazanan “Cim-Bom” cütün taleyini böyük ölçüdə həll edib.

Türkiyə Kuboku
1/8 final, ilk oyun
26 dekabr

“Qalatasaray” - “Bucaspor” 3:0
Qollar:
Selcuk İnan, 14, Sinan Gümüş, 41; 43

Qeyd edək ki, komandalar arasında cavab görüşü 2018-ci il yanvarın 17-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə