Harri Keyn Messinin rekordunu alt-üst edib

Harri Keyn Messinin rekordunu alt-üst edib

İngiltərə Premyer Liqasının 20-ci turunda “Southempton”la qarşılaşma “Tottenhem”in futbolçusu Harri Keyn üçün əlamətdar olub. Belə ki, 5:2 hesabı ilə qalib gəldikləri matçda het-trik edən ingiltərəli hücumçu yeni rekorda imza atıb.

İngiltərə millisinin üzvü 2017-ci ildə vurduğu qollarının sayını 56-a çatdırıb. İndiyədək bir ildə ən çox qol vuran “Barselona”nın hücumçusu Linel Messi idi – 54 qol.

Bütün xəbərlər Facebook səhifəmizdə