Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda payız çağırışına həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarış çağırışaqədər və çağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi, onlarda vətənpərvərlik ruhunun aşılanması, gənclərin Milli Orduda xidmət etmək üçün hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə təşkil olunub. Çempionatda paytaxtın 11 rayon komandasının tərkibində 55 nəfər iştirak edib. Yarışda 100 m qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə turnirlər keçirilib.
Yekun nəticəyə əsasən, I yeri 680 xalla Xətai rayon, II yeri 520 xalla Sabunçu rayon, III yeri isə 518 xalla Yasamal rayon komandası tutub. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Qalib komanda noyabr ayında Respublika çempionatında iştirak etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB