Fazil Məmmədov: “2012-ci il London Olimpiadasına qədər əldə etdiklərimizi stabil saxlamalıyıq” - AÇIQLAMA
"Azərbaycan idmanında 2007-cu il ilə 2010-cu il arasında çox böyük dəyişiklik var". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov deyib. O, Azərbaycanın idman sahəsinin son illər çox inkişaf ediyini vurğulayıb. F.Məmmədov Azərbaycan xalqının bütün idman növlərində uğurlara imza atmağa potensialının olduğunu qeyd edib. AGF prezidenti ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə Azərbaycanda idmanın inkişafı üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. "Azərbaycan Güləş Federasiyası olaraq qarşımızda məsuliyyətli bir vəzifə dayanıb. Bu vəzifə nailiyyətlərin artmasından daha çox mövcud vəziyyətin stabil qalmasından ibarətdir. Əlbəttə nailiyyətləri də artırmaq istəyirik. Ancaq 2012-ci il London Olimpiadasına qədər əldə etdiklərimizi stabil saxlamalıyıq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB