Lyuis Həmilton: “Bottas “Mercedes”ə daha inamlı ab-hava gətirib” - AÇIQLAMA

Lyuis Həmilton: “Bottas “Mercedes”ə daha inamlı ab-hava gətirib” - AÇIQLAMA

2017 Formula 1 dünya çempionatının qalibi “Mercedes” komandasının pilotu Lyuis Həmilton komanda yoldaşı Valtteri Bottas haqqında danışıb. SİA-nın məlumatına görə, 2013-2016-cı illərdə Niko Rosberqlə komanda yoldaşı olan L.Həmiltonun onunla heç də yaxşı münasibəti olmayıb. Həmilton və Rosberq daima mübahisələrlə yadda qalıblar. 2016-cı ildə N.Rosberq karyerasını bitirdiyinə görə, onun yerinə “Williams” komandasından V.Bottas gəlib. Yeni komanda yoldaşı ilə yaxşı anlaşan L.Həmilton geridə qalan bir il müddətində “Mercedes”in uğurları üçün səylə çalışa bilib. Onlar zaman-zaman yarış trasında mövqe dəyişikliyi belə ediblər.

L.Həmilton V.Bottasın “Mercedes”ə daha inamlı ab-hava gətirdiyini vurğulayıb. 32 yaşlı pilot finlandiyalı komanda yoldaşı ilə yaxşı yola getdiyini bildirib: “Hamı üçün demirəm, amma mənim üçün daha yaxşı iş mühiti yaranıb. Valtteri çox pozitiv insandır və həqiqi bir yarışçıdır. O, hər zaman yaxşı olmağa çalışır. Yarışdan kənarda mühəndislərlə mübahisə etmir və birlikdə çalışmağa üstünlük verir. Bottasla öncələr komanda yoldaşı olmamışıq. İndi onunla daha yaxşı komanda yoldaşı olmağa çalışırıq və aramızda hörmət var”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə