Dik Advokat "Sparta"nı çalışdıracaq

Dik Advokat "Sparta"nı çalışdıracaq

Futbol üzrə Hollandiya millisinin sabiq çalışdırıcısı Dik Advokat məşqçiliyə qayıdıb. Qocaman mütəxəssis Rotterdam "Sparta"sının baş məşqçi vəzifəsinə təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, bu ayın 1-i Hollandiya millisi ilə başa çatan müqaviləni yeniləməyən D.Advokat məşqçi karyerasını bitirdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə