Müstəqillik gününə həsr olunan Respublika miqyaslı turnir keçirilib
Masallı Olimpiya Kompleksinin otüstü hokkey stadionunda 13-14 yaşlı oğlan hokkeyçilər arasında Müstəqillik gününə həsr olunan Respublika miqyaslı turnir keçirilib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda Masallı və Sumqayıt şəhərləri iki, Astara rayonu isə bir komanda ilə təmsil olunub. Dairəvi sistemlə keçirilən turnirdə təkibi Sumqayıt Təhsil İdman Mərkəzinin və 2 saylı UGİM-in hokkeyçilərindən ibarət "Gənclik" komandası baş mükafata sahib olub. İkinci yeri " Masallı-1" komandası tutub. Mükafata layiq 3-cü yerə isə UGİM -2(Sumqayıt) hokkeyçiləri layiq görülüb. Astaralılar 4-cü, Masallının ikinci komandası isə 5-ci nəticə göstərib. Yarışın təşkilatçıları müxtəlif nominasiyalar üzrə ən yaxşı oyunçuları da müəyyənləşdiriblər. Rəşad Nuriyev ("Gənclik") "Ən yaxşı qapıçı", Əmrah Abışov ("Masallı-1") "Ən yaxşı yarımmüdafiəçi" və Elşən Nəsirov("Astara") "Ən yaxşı hücumcu" adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB