"Sumqayıt" futbol klubu fasilədə Elnur Abdullayevdən sonra növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, komanda son olaraq "Zirə"də çıxış etmiş Nicat Qurbanovu heyətinə qatıb.
25 yaşlı futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Nicat yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində "Zirə"dən başqa, "Simurq", "Neftçi", AZAL və "Kəpəz"də də oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB