Futbolçu qızlarımızdan növbəti qələbə

Futbolçu qızlarımızdan növbəti qələbə

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AFFA-nın saytında yer alan məlumata görə, BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abulaşvili, Nigar Mirzəliyeva və Umnisə Əliyeva vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə