"Real" bu futbolçuya görə 100 milyon avro ödəyəcək!

"Real" bu futbolçuya görə 100 milyon avro ödəyəcək!

Məhəmməd Salah yayda "Liverpul"dan ayrıla bilər. Bu iddia ilə "Daily Star" nəşri çıxış edib. Məlumatda deyilir ki, misirli yarımmüdafiəçi "Real"a keçmək istəyir. Hətta 25 yaşlı futbolçunun menecerinə Madrid klubu ilə danışıqlara başlamağa icazə verdiyi bildirilir.

Əgər tərəflər razılığa gələ bilsələr, "Real" bu keçid üçün "Liverpul"a 100 milyon avro ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə