Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın “Napoli”dəki rekordu qırılıb. Qol.az-ın xəbərinə görə, rekordu Marek Hamşek yeniləyib. Slovakiyalı yarımmüdafiəçi dünən A Seriyasının 18-ci turunda “Sampdoriya” ilə oyunda (3:2) komandasının qələbə qolunu vurub. Bununla da o, Neapol klubundakı qollarının sayını 116-ya çatdırıb.
Qeyd edək ki, buna qədər “Napoli”nin heyətində ən çox qol vuran Maradona idi. Onun hesabında 115 qol var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB