"Azərreyl" və "İqtisadçı" növbəti mərhələyə vəsiqə qazanıb

"Azərreyl" və "İqtisadçı" növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycanın qadın voleybolçulardan ibarət "Azərreyl" və "İqtisadçı" klubları "Çelenc Kuboku" turnirində növbəti oyunlarını keçiriblər. SİA-nın məlumatına görə, cavab matçlarında "Azərreyl" Maltanın "Paola", "İqtisadçı" isə Bosniyanın "Kulu" komandasını məğlub edib. Hər iki komandamız 3:0 hesabı ilə rəqibdən üstün olub və növbəti mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə