Çövkən üzrə Prezident Kubokunun yarımfinalına yekun vurulub

Çövkən üzrə Prezident Kubokunun yarımfinalına yekun vurulub

Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin yarımfinal mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, ilk oyunda “Polad” komandası “Ağstafa” komandasını 4:1 hesabı ilə məğlub edib. Digər yarımfinal görüşündə isə “Sərhədçi” kollektivi “Ağcabədi” komandasından güclü olub-2:0.

Dekabrın 24-ü keçirilicək final mərhələsində əvvəlcə 3-cü yerin sahibi məlum olacaq. Meydana “Ağstafa” və “Ağcabədi” komandaları çıxacaqlar. Ardınca isə final oyunu baş tutacaq. “Sərhədçi” komandası “Polad” komandasını sınağa çəkəcək.

Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin final mərhələsi saat 12:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə