PSJ-nin hücumçusu Edinson Kavani 2017-ci ilin ən məhsuldar oyunçularına çatıb. SİA-nın məlumatına görə, forvard Liqa 1-in XIX turunda “Kan”la keçirilən matçda 1 qol vuraraq buna nail olub.
Parislilərin 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada fərqlənən Kavani 2017-ci ildə 53 topun müəllifi olan Lionel Messi, Kriştiano Ronaldo və Robert Levandovski ilə qol sayını bərabərləşdirib.
Lakin Messi ilə Ronaldonun birinci olmaq şansı hələ də davam edir. Onlar bu gün baş tutacaq “Real” - “Barselona” matçında üz-üzə gələcəklər. Levandovski ilə Kavani üçün isə il yekunlaşıb.
Hazırda aktivində 50 top olan “Tottenhem”in forvardı Harri Keyin isə ehtiyatında 2 görüş var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB