"Atletiko" mövsümdə ilk dəfə məğlub olub

"Atletiko" mövsümdə ilk dəfə məğlub olub

"Atletiko" La Liqada növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, Madrid klubu 17-ci turda səfərdə "Espanyol"la qarşılaşıb. Dieqo Simeonenin komandası 0:1 hesabı ilə uduzub. Bu, "Atletiko"nun ölkə çempionatında 2017/2018 mövsümündə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, turnir cədvəlinə 42 xalla "Barselona" başçılıq edir. "Atletiko" 36 xalla 2-ci, "Valensiya" 34 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə