"Biz favorit deyilik. Belə oyunlarda turnir cədvəli heç bir əhəmiyyət kəsb etmir. Rəqib çox yaxşı komandadır. Biz də maksimum köklənməli və hazır olmalıyıq". SİA-nın məlumatına görə, bunu İspaniya "Barselona"sının baş məşqçisi Ernesto Valverde La Liqanın XVII turunda səfərdə "Real Madrid"lə keçirəcəkləri oyun barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis bildirib ki, vacib və ağır oyuna çıxacaqlar. Lakin o, Madridə qələbə üçün yollandıqlarını vurğulayıb: "Biz yaxşı formada olduğumuzu və yaxşı futbol sərgiləməyə hazır olduğumuzu təsdiqləmək istərdik".
Qeyd edək ki, bu gün (23 dekabr) "Santyaqo Bernabeu" stadionunda keçiriləcək "Real Madrid" - "Barselona" matçı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Hazırda turnir cədvəlinə 16 oyundan 42 xalla "Barsa" başçılıq edir. Bir oyun az keçirən "kral klubu" isə 31 xalla 4-cü pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB