PSJ "Latsio"nun futbolçusuna 170 milyon avro təklif edir

PSJ "Latsio"nun futbolçusuna 170 milyon avro təklif edir

PSJ daha bir yüksək məbləğdə transfer həyata keçirməyə hazırlaşır. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Paris klubu "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç üçün 170 milyon avroluq təklif göndərəcək. Bu, gerçəkləşəcəyi təqdirdə, dünya futbolunun ən bahalı 3-cü transferi olacaq.

Qeyd edək ki, PSJ bundan əvvəl Neymarın transferi üçün 222 milyon avro, Kilian Mbappe üçün 180 milyon avro ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə