Yığmamızın start heyəti açıqlanıb

Yığmamızın start heyəti açıqlanıb

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan–Gürcüstan millilərinin qarşılaşması keçiriləcəkdir. Azərbaycan yığmasının start heyəti açıqlanıb.

AFFA-dan SİA-ya bildiriblər ki, heyətdə Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Aleksandr Qross, Abdulla Abatsiyev, Yasin Yaqubzadə, Tural İsgəndərov, Amit Quluzadə, Ruslan Tağızadə, Rəhman Hacıyev və Mirhüseyn Seyidov (kapitan) yer alıblar.

Qeyd edək ki, qarşılaşma Portuqaliyada keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə