“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Yevlaxda - FOTOLAR

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Yevlaxda - FOTOLAR

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Yevlax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 dekabr 2017-ci il tarixdə Yevlax rayonunda keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, millət vəkilləri İlham Məmmədov, Sabir Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, millət vəkilləri İlham Məmmədov, Sabir Hacıyev, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Onlar tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik ediblər.

Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.

Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə