Elnur Cəfərov “Neftçi”dən göndərilməyəcək

Elnur Cəfərov “Neftçi”dən göndərilməyəcək

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov bir müddət öncə əvəzedici komandaya göndərilən Elnur Cəfərovu bağışlayıb. SİA-nın xəbərinə görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib. Klub rəsmisi transferə çıxarılacağı gözlənilən gənc hücumçunun komandada qalacağını bildirib.

Qeyd edək ki, U-21 millisinin düşərgəsində olarkən sosial şəbəkələrdə paylaşdığı şəkillər və azarkeşlə mübahisəsi Cəfərovun əvəzedici komandaya göndərilməsi ilə nəticələnmişdi. Tərlan Əhmədov klubun daxili nizam-intizam qaydalarına əməl etməyən futbolçunun böyük ehtimalla “Neftçi”dən göndəriləcəyini söyləmişdi. //Qol.az

Bütün xəbərlər Facebook səhifəmizdə