Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Boks Federasiyasının idman zalında təşkil edilən yarış dörd gün ərzində keçiriləcək.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini sınayırlar.
Ümumilikdə 114 boksçunun qatıldığı və 10 çəki dərəcəsi üzrə keçirilən yarışda ölkəmiz 3 komanda ilə təmsil olunur.
Turnirin final qarşılaşmaları dekabrın 24-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB