Həndbol hakimlərimiz beynəlxalq oyunlara təyinat alıblar

Həndbol hakimlərimiz beynəlxalq oyunlara təyinat alıblar

Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar. SİA-nın məlumatına görə, Vaqif Əliyev və Ələkbər Ağakişiyev 2019-cu ildə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçiriləcək Slovakiya-Finlandiya görüşünü idarə edəcəklər. Matç gələn il yanvarın 7-də Slovakiyanın Povazska Bıstritsa şəhərində oynanılacaq.

Təcrübəli referimiz İsgəndər Əsgərov isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 13-də keçiriləcək Rusiya-Finlandiya oyununda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə