Fernando Alonso: “Motoru dəyişdirmək üçün düzgün vaxtdır” - AÇIQLAMA

Fernando Alonso: “Motoru dəyişdirmək üçün düzgün vaxtdır” - AÇIQLAMA

Formula 1 yarışlarında mübarizə aparan “McLaren”in pilotu Fernando Alonso gələn mövsüm komandasının “Renault” motorundan istifadə edəcəyinə münasibət bildirib. SİA-nın məlumatına görə, 2005-2006-cı illərdə “Renault” motoru ilə çempion olan ispan pilot 2009-cu ildən sonra ilk dəfə bu motordan istifadə edəcəyini qeyd edib.

O, bolidinə “Renault” motoru qoyulacağı üçün sevindiyini deyib. 36 yaşlı pilot “McLaren”-“Renault” layihəsinə inandığını vurğulayıb. Üç ildir “Honda” motorundan istifadə edən F.Alonso yeni mövsümdə podyumlara çıxmağın və qalibiyyətlərin xəyalını qurur: “Motoru dəyişdirmək üçün düzgün vaxtdır. Mənim “McLaren”-“Honda” layihəsindən böyük gözləntilərim var idi. Ancaq son 3 ildə istədiyimiz nəticələri qazana bilmədik. Gözlədiyimiz kimi olmadı. İndi “McLaren” üçün dəyişiklik vaxtıdır. “Renault” ilə işləmək ümidvericidir. “Red Bull”un “Renault” motoru ilə qazandığı nəticələrdən sonra gələn mövsüm üçün olduqca ümidliyəm. Düzdür, bəzi çatışmazlıqlar var. Ancaq qalibiyyət üçün mübarizə aparmaq olar. Qısası, “McLaren”də tamamilə fərqli bir tablo olacaq. Evimə qayıtmış kimi hiss edirəm. “Renault” mənim ikinci ailəmdir. Bu, yaxşı şirkətdir və yaxşı motorları mövcuddur. Sözügedən layihədən heç bir şübhəm yoxdur”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə