"Şaxtyor"da özünü yaxşı tərəfdən göstərən Bernard karyerasını İtaliyada davam etdirə bilər. SİA-nın məlumatına görə, braziliyalı futbolçunu “İnter” heyətində görmək istəyir. Klub təmsilçiləri artıq 25 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Keçidin baş tutması üçün “İnter”in texniki koordinatoru Valter Sabatini xüsusi fəallıq göstərir. Bernardın Donetsk klubu ilə müqaviləsi ilin sonuna kimi nəzərdə tutulub. 2013-cü ildən "Şaxtyor"un formasını geyinən Bernard bu komandanın heyətində cari mövsümdə ümumilikdə 24 oyun keçirib və 9 qola imza atıb. Onunla Çinin "Jiangsu Suning" klubu da maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB