“Liverpul” “Bazel”in müdafiəçisisini transfer etmək istəyir

“Liverpul” “Bazel”in müdafiəçisisini transfer etmək istəyir

“Liverpul” qışda müdafiə xəttini gücləndirmək istəyir. SİA-nın məlumatına görə, İngiltərə təmsilçisi “Bazel”in mərkəz müdafiəçisi Manuel Akancini transfer etməyi planlaşdırır.

22 yaşlı isveçrəli hazırda ölkəsində ən perspektivli oyunçulardan hesab olunur. Son 1 il ərzində o, “Bazel”in əsas heyətində möhkəmlənib.

Qeyd edək ki, Akandçini yanvarda “Liverpul”la yanaşı, Dortmund “Borussiya”sı da transfer etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə