“Ayaks” baş məşqçisi Marsel Keizerlə yolları ayırıb. Klubun saytında yer alan xəbərə görə, buna komandanın uğursuz çıxışları səbəb olub. Baş məşqçi Marsel Keizerlə yanaşı, köməkçi məşqçilər Henni Spiykerman və Dennis Berqkampın da işlərinə son verilib.
Qeyd edək ki, son olaraq ölkə kubokunda “Tvente”yə məğlub olaraq, çıxışını dayandıran “Ayaks” Hollandiya çempionatında 38 xalla ikinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB