Millimiz bu gün Gürcüstan yığması ilə qarşılaşacaq

Millimiz bu gün Gürcüstan yığması ilə qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün son oyununu keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda yığmamızın rəqibi Gürcüstan komandası olacaq.
Xatırladaq ki, U-19 AÇ-nin ilkin seçmə mərhələsində birinci oyununu oktyabrın 11-də Portuqaliya yığmasına qarşı keçirib və matç 2:2 hesabı ilə başa çatıb. Yığmamız oktyabrın 13-də keçirdiyi ikinci oyunda yunanıstanlı həmyaşıdlarına 0:1 hesabı ilə məğlub olub

Bütün xəbərlər Facebook səhifəmizdə