“Kəpəz” üç futbolçu ilə vidalaşıb

“Kəpəz” üç futbolçu ilə vidalaşıb

“Kəpəz” klubu üç futbolçu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, Gəncə təmsilçisi yarımmüdafiəçilər Samba Diallo, Mansur Aladji və hücumçu Viktor Oseqeyllə yeni müqavilə imzalamayıb.

Klub rəhbərliyi futbolçulara komandadakı xidmətlərinə görə, minnətdarlığını bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə