Samir Abbasov 20 gün yaşıl meydanlardan uzaq qalacaq

Samir Abbasov 20 gün yaşıl meydanlardan uzaq qalacaq

"Qarabağ" klubu bazar günü qarşılaşacağı "Simurq"la oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Neftçi" ilə oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət vermişdi. Artıq millidə olan futbolçular da məşqlərə qoşulublar. Legionerlər də komandanın düşərgəsinə gəliblər.

Amma yenə Ağdam təmsilçisi hazırlıqlarını tam heyətlə davam etdirə bilmir. Belə ki, millinin Avstriya ilə oyununda zədələnən Samir Abasovun zədəsi ciddidir. 32 yaşlı yarımmüdafiəşçinin 20 gün yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur. Latviya millisinin son oyununda 90 dəqiqə oynamış Andrey Rubins də zədələnib. Samirdən fərqli olaraq latviyalının zədəsi elə də ciddi deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə