AFFA Kamran Ağayevə və Jabaya sınaq müddəti verdi

AFFA Kamran Ağayevə və Jabaya sınaq müddəti verdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda İntizam Komitəsinin "Xəzər Lənkəran"ının üzvü Kamran Ağayev və "Bakı"nın futbolçusu Jaba ilə bağlı verdiyi qərarlara yenidən baxılıb və aşağıdakı qərarlar qəbul edilib:


1. Qapıçı Kamran Ağayevlə bağlı AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Kamran Ağayev intizam tədbiri olaraq 2 oyunluq cəzalandırılsın, digər 2 oyunluq cəzadan isə  6 aylıq sınaq müddəti tətbiq edilməklə  azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Kamran Ağayev eyni xarakterli hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri  hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


2. Futbolçu  Silvinyo Joao de Karvalyo ilə bağlı AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Silvinyo Joao de Karvalyo intizam tədbiri olaraq 2 oyunluq cəzalandırılsın, digər 2 oyunluq cəzadan isə  6 aylıq sınaq müddəti tətbiq edilməklə  azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Silvinyo Joao de Karvalyo eyni xarakterli hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri  hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


3. İntizam Komitəsi "İnter" - "Muğan" oyunu ilə bağlı məsələlərə yenidən  baxsın.

Bütün xəbərlər Facebook səhifəmizdə