Bakıda keçiriləcək AL-in final matçında stüart sistemi təşkil olunacaq
2019-cu ildə Bakıda keçiriləcək futbol üzrə Avropa Liqasının final matçında stüart sistemi təşkil olunacaq. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, bu məqsədlə gələn ilin aprelində 1200 polis əməkdaşı təlimlərə cəlb ediləcək və onlar stüart kimi formalaşdırılacaqlar. Baş katib say çoxluğunu belə əsaslandırıb: "Özümüz bu sayda əməkdaş seçdik ki, rotasiya edək. İndiki halda polissiz oyun təşkil edə bilmərik. Hazırda stüart sisemi üzərində iş gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB