“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Göygöldə

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Göygöldə

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Göygöl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 dekabr 2017-ci il tarixdə Göygöl rayonunda keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Hümanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Rayon Təhsil şöbəsinin müdürünün müavini Salman Balakişiyev, Göygöl Olimpiya İdman Kompleksinin direktoru Sahib Rzayev və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.

Tədbirdə İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Rayon Təhsil şöbəsinin müdürünün müavini Salman Balakişiyev, layihənin kordinatoru Kərim Ağayev çıxış ediblər. Qeyd olunub ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.

Daha sonra çıxış edənlər tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etdilər və uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə