"Neftçi" PFK-nın məşqçi-seleksiyaçısı Bəxtiyar Musayev Özbəkistana yola düşüb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcədən planlaşdırıldığı kimi, Musayev Orta Asiya ölkəsində yerli çempionat oyunlarını izləyəcək. Məşqçi-seleksiyaçının səfərə yollanmasında məqsəd Özbəkistan çempionatında oynayan səviyyəli futbolçuları qışda "Neftçi"yə transfer etməkdir. Xatırladaq ki, məşqçi-seleksiyaçı ötən çempionatın gedişində də futbolçu seçimi ilə əlaqədar Braziliyaya getmişdi.
Qeyd edək ki, bundan sonra "Neftçi" rəsmilərinin Avropa ölkələrinə səfəri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB