Aykido Federasiyası seminar keçirəcək

Aykido Federasiyası seminar keçirəcək
Aykido Federasiyası 20 illik yubileyi ilə əlaqədar olaraq uşaqlar və böyüklər üçün seminar keçirməyi planlaşdırır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Aykido Mərkəzində baş tutacaq seminarı Federasiyanın prezidenti, sensey Fərhad Ələsgərov (5 dan Aikido) keçirəcək.
Seminar 16 oktyabr saat 16.30-dan-18.00-a qədər uşaqlar üçün olacaq.
Böyüklər seminara 16 oktyabr saat 19.00-20.30 və 11.00-12.30 radələrində qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə