“Atletiko” “Barselona”dan şikayət edəcək

“Atletiko” “Barselona”dan şikayət edəcək

“Atletiko” “Barselona”dan FİFA-ya şikayət edəcək. SİA-nın məlumatına görə, Madrid klubu qarşı tərəfin Antuan Qrizmanna marağı ətrafında yaranmış vəziyyətdən narazıdır.

Belə ki, “Barselona”nın direktoru Gilyermo Amor 26 yaşlı forvardla danışıqlar apardıqlarını bəyan edib. Bu isə “Atletiko” rəhbərliyi tərəfindən heç də yaxşı qarşılanmayıb.

Qeyd edək ki, Qrizmannın artıq “Barselona”nın təklifini qəbul etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə