"Bavariya"nın futbolçusu Aryen Robben Almaniya kubokunun 1/8 finalında "Borussiya" (Dortmund) ilə oyunu buraxacaq. Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O deyib ki, hollandiyalı oyunçu ağrılar hiss etməsə də, onu oynatmayacaq: "Robben yaxşı işləyir. Demək olar ki, ağrı hiss etmir. Amma mən risk etmək istəmirəm. Aryenlə danışmışam. Özü belə oynamağının tez olduğunu dedi. Buna görə sabahkı matçda iştirak etməyəcək".
Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB