“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib

“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib

“Keşlə” futbol klubuna yeni baş məşqçi təyin edilib. SİA-nın məlumatına görə, mövsümün ilk yarısının son dörd turunda müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Ramiz Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə əlaqələndirici kimi fəaliyyət göstərəcək.

Baş məşqçi vəzifəsinə isə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib. Y.Maksimov həftəsonu Bakıya gələcək və gələn həftə müqavilə rəsmən imzalanacaq. Hələlik anlaşmanın müddəti mövsümün sonuna qədər olacaq.

Futbolçu kimi Ukrayna millisinin formasını geyinmiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minskin “Dinamo” klubunda başlayıb. O, daha sonra MOİK (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” klublarında çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə