Tərlan Əhmədovun sonuncu köməkçisi müəyyənləşdi

Tərlan Əhmədovun sonuncu köməkçisi müəyyənləşdi

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun sonuncu köməkçisi müəyyənləşib. SİA-nın məlumatına görə, ilk dövrə başa çatan kimi “Binə”dən ayrılan Mehman Babayev bu vəzifəyə təyinat alıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, “Binə” M.Babayevin başçılığı altında fasiləyə 2-ci pillədə yollanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə